Qrizmann iki klubun hədəfindədir

"Barselona"nın hücumçusu Antuan Qrizmann mövsüm sonunda komandadan ayrıla bilər. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu ilə “Arsenal” və “İnter” klubları maraqlanır.

Bildirilir ki, 29 yaşlı futbolçu Kataloniya təmsilçisindən ayrılmağı düşünür. Yerli mətbuat onun davamlı Lionel Messi ilə problemlərinin olduğunu iddia edir. Bununla yanaşı, son turda "Atletiko”qarşı görüşdə (2:2) 90-cı dəqiqədə meydana daxil olması Qrizmannı ayrılmaq barədə düşünməyə vadar edib.

Daha əvvəl "Barselona"nın prezidenti Xosep Maria Bartomeu da hücumçunun oyunundan razı qalmadığını bildirmişdi.

Qeyd edək ki, cari mövsüm Qrizmann “Barselona”da 43 oyun keçirib və 14 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right