"Real"dan təklif gələndə sevinmişdim" Robert Levandovski

"Bavariya"nın polşalı hücumçusu Robert Levandovski “Bild” nəşrinə geniş müsahibə verib. Newsport.az xəbər verir ki, o, yaxın keçmişdə "Real"dan təklif aldığını etiraf edib:

“O dövrdə bir çox fərziyyələr var idi. Əlbəttə, “Real” əla bir klubdur. Onların təklifinə görə sevinmişdim. Ancaq “Bavariya”da qaldım və peşman deyiləm. Biz bir ailəyik. Münxendə xoşbəxtəm. Mən komandanın əsas oyunçusuyam və bura tamamən alışmışam. Klubun nə qədər güclü olduğunu bilirəm. Avqust ayında 32 yaşım olacaq. Amma özümü 27, 28 bəlkə də daha az yaşda hiss edirəm. İllərdir ən yüksək səviyyədə oynamaq istəyirəm və buna nail olmaq üçün əlimdən gələni edirəm. Özüm üçün heç bir sərhəd qoymamışam, hər zaman daha da yaxşı ola biləcəyimə inanıram. Potensialımı tam ortaya qoyduğumu hiss etmirəm, düşünürəm ki, bu mövsüm bacarığımın 90 faizini göstərmişəm”.

Təcrübəli forvard Çempionlar Liqasını qazanmaq üçün əla şanslarının olduğunu açıqlayıb: “Düzünü desəm, Avropada titul qazanmaq üçün yaxşı imkanımız var. Çünki çox formada olduğumuzu düşünürəm. Bununla yanaşı, komandadakı ab-hava və oyunçular arasında münasibət yüksək səviyyədədir”.

Qeyd edək ki, Levandovski cari mövsüm “Bavariya”nın heyətində 42 görüş keçirib və 49 qol vurub. Onun klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right