"Bütün günü evdə qalmaq çox çətindir" "Zirə"nin legioneri

"Aktiv həyat tərzinə alışmışıq, bütün günü məşq edirdik. İndi isə fərqlidir. Evdə qalmağa məcbur olmaq bizim üçün çətindir".

Newsport.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu George Anton "Publika" nəşrinə açıqlamasında deyib. 27 yaşlı yarımmüdafiəçi qızı və həyat yoldaşı ilə birlikdə vaxt keçirməyin yaxşı fürsət olduğunu bildirib:

“Boş vaxtlarımda kitab oxumağa çalışıram. Ailə ilə zaman keçirmək üçün əla fürsətdir. İki saatlıq çölə çıxmaq üçün icazəmiz olur. Bu vaxt ərzində dostlarımla futbol tenisi oynayırıq. Çalışırıq ki, hər zaman hərəkətdə olaq”

Moldovalı oyunçu "Zirə"nin yaxşı heyətə sahib olduğunu vurğulayıb: "Avroliqaya vəsiqə qazanan komanda ilə eyni xal topladıq, lakin qol fərqinə görə avrokubokdan kənarda qaldıq".

Qeyd edək ki, George Antonun "Zirə" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right