Fransa klubundan yeni transfer

Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Newsport.az xəbər verir ki, Liqa 1 təmsilçisi gənc yarımmüdafiəçi Pape Queyeni heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Havr”dan transfer edilən 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Pape yeni komandasında 22 nömrəli formanı geyinəcək.
 
Queye “Havr”ın öz yetirməsidi. O, 2017-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc futbolçu Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right