CAS “Mançester Siti” ilə bağlı qərarını nə vaxt verəcək?

İdman Arbitraj Məhkəməsinin (CAS) iki il müddətinə avrokuboklardan uzaqlaşdırılan “Mançester Siti” ilə bağlı yekun qərarı açıqlayacağı tarix müəyyənləşib.

Newsport.az xəbər verir ki, “şəhərlilər”in şikayətinə iyulun 13-də baxacaq qurum, yekun qərarı açıqlayacaq.

Maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən qarşıdakı 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırılan “Mançester Siti” 30 milyon avro məbləğində cərimələnmişdi. Bu qərardan sonra klub avrokuboklarla bağlı qərara etiraz edərək, CAS-a müraciət ünvanlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right