Messi 700

"Barselona"nın hücumçusu Lionel Messinin İspaniya çempionatının 33-cü turunda "Atletiko"ya qarşı görüşdə (2:2) fərqlənməsi əlamətdar olub. Newsport.az xəbər verir ki,  argentinalı oyunun 50-ci dəqiqəsində penaltini qola çevirməklə karyerasının 700-cü qolunu vurub

33 yaşlı ulduz bu topların 630-nu Kataloniya təmsilçisinin, 70-ni isə Argentina millisinin heyətində vurub. Hazırda karyerasının davam etdirən futbolçular arasında yalnız Kristiano Ronaldo 700-dən çox qol vura bilib.

Portuqaliyalı bu günə qədər 728 dəfə rəqiblərini məyus edib. Argentinalı hücumçu indiyə kimi 862, Ronaldo isə 974 qarşılaşma keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right