"Bavariya" "Mançester Siti" ilə razılaşdı

"Bavariya" Leroy Sanenin transferi ilə bağlı "Mançester Siti" ilə razılığa gəlib.

Newsport.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniya millisinin üzvü ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanacaq. Bu transfer üçün Münhen klubunun qarşı tərəfə 50 milyon avrodan bir qədər az ödəyəcəyi bildirilib.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Şalke"dən "Mançester Siti"yə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right