"Ronaldo dünyanın ən amansız futbolçusudur"

"Real"ın futbolçusu Xames Rodriqes sabiq komanda yoldaşı olan "Yuventus"un hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, portuqaliyalı oyunçu ilə birgə oynadığı dönəmləri də xatırladıb: "Məncə Ronaldo daim qollara ac olan, daim qol vurmaq istəyən oyunçudur. Onunla mükəmməl münasibətimiz var. Mən topa sahib olanda Kriştiano həmişə var idi. Onunla oyunumuzun yaxşı alındığını düşünürəm.

Müqayisə etmək və kimin ən yaxşı olduğunu söyləmək çətindir, çünki yaxşı oyunçular çoxdur. Amma mən inanıram ki, Ronaldo dünyanın ən amansız futbolçusudur".

Qeyd edək ki, Xames 2014-2018-ci illərdə Ronaldo ilə "Real"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right