"Barselona"dan icarəyə götürdükləri futbolçunu birdəfəlik aldılar

"Xetafe" "Barselona"dan icarəyə götürdüyü Mark Kukurellanı birdəfəlik alıb.

Newsport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb. "Xetafe"nin 21 yaşlı müdafiəçi üçün 10 milyon avro ödəyəcəyi bildirilib. Bundan başqa, "Barsa" oyunçunun növbəti satışı zaman transfer məbləğinin 10 faizini alacaq.

Qeyd edək ki, Kukurella bu mövsümdən icarə əsasında "Xetafe"də oynayıb. O, La Liqada 31 matçda 1 qol vurub, 6 qolun ötürməsini verib.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right