Baş məşqçi koronavirusun güdazına getdi

Robbi Fauler baş məşqçisi olduğu “Brisben Roar” klubu ilə yollarını ayırıb.
 
Newsport.az xəbər verir ki, bu barədə Avstraliya klubunun mətbuat xidməti məlumat yayıb.
 
Klubdan verilən açıqlamada, bu addımın koronavirus səbəbiylə atıldığı bildirilib.
 
Mart ayında çempionat koronavirus səbəbiylə dayandırıldığı zaman Fauler və köməkçisi Toni Qrant İngiltərəyə qayıtmışdı. Artıq klub iki mütəxəssisin də geri qayıtmayacağını və onlarla yolların ayrıldığını açıqlayıb.
 
2019-cu ildə komandanın başına keçən 45 yaşlı Fauler, ümumilikdə 24 oyunda “Brisben Roar”a başçılıq edib. Sözügedən komanda hazırda Avstraliya çempionatında 35 xalla 4-cü pillədə qərarlaşıb. Bu çempionatın iyulun 16-dan etibarən bərpası nəzərdə tutulub.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah