Pyaniç "Barselona"ya, Artur "Yuventus"a keçdi

"Yuventus" və "Barselona" futbolçu dəyişikliyi ediblər.

 

Newsport.az xəbər verir ki, klublar futbolçuları - Artur Melo və Miralem Pyaniçin dəyişdiriblər.

 

Artur Turin təmsilçisinə 72+10 milyon avro qarşılığında keçib. Onunla 5 illik müqavilə imzalanıb.

 

Pyaniçin transferi isə "Barselona"ya 60+5 milyon avroya başa gəlib. 30 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

 

Payniç bu mövsüm 35 oyunda 3 qol vurub, 4 assist edib. Bosniyalı yarımmüdafiəçi 2016-cı ildə "Roma"dan 35 milyon avro qarşılığında "Yuventus"a keçmimşdi.

 

Artur bu mövsüm 26 oyunda 4 qol vurub, 4 assist edib. 23 yaşlı braziliyalı yarımmüdafiəçi 2018-ci ildə 31 milyon avrroya "Qremio"dan Kataloniya təmsilçisinə üz tutmuşdu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right