"Spartak"dan Ayaz Quliyev qərarı

Azərbaycanlı futbolçu Ayaz Quliyev "Spartak"da (Moskva) qala bilər. Newsport.az xəbər verir ki, rəhbərlik yarımmüdafiəçi ilə bağlı fikrini dəyişib.

Bildirilir ki, komandanın baş məşqçisi Domeniko Tedesko təlim-məşq toplanışında Quliyevə şans verəcək. Məhz həmin hazırlıq dönəmindən sonra onun komandada qalıb-qalmayacağı müəyyənləşəcək.

Xatırladaq ki, yerli mətbuat “Rostov” klubunun Ayazın xidmətində maraqlı olduğunu yazır.

Qeyd edək ki, intizamsız davaranışları səbəbindən əvəzedici heyətə göndərilən Quliyevin "Spartak"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right