Qazaxıstan klubunda 25 nəfərdə koronavirus aşkarlandı

Qazaxıstanın "Kaysar" klubunda 25 nəfər koronavirusa yoluxub.

Newsport.az "Sport.kz" saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov məlumat verib. O bildirib ki, virusa yoluxanlardan 10-u futbolçudur. Komandanın məşqləri dayandırılıb.

Qeyd edək ki, Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunmalıdır. "Kaysar"ın ilk oyunu "Taraz"ladır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right