“Fiorentina”nın hücumçusuna iki oyunluq cəza

İtaliyanın “Fiorentina” klubunun hücumçusu Duşan Vlahoviç iki oyunluq diskvalifikasiya olunub.

Newsport.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Cəzaya 20 yaşlı serbiyalı hücumçunun A Seriyasının 28-ci turu çərçivəsində qarşılaşdıqları “Latsio” ilə oyunda qırmızı vərəqə alması səbəb olub. Serbiyalı forvard 1:2 hesabıyla uduzduqları bu oyunun son dəqiqələrində rəqib futbolçu Patrisio Qabarrona qarşı çox sərt oynadığı üçün meydandan qovulmuşdu.

Bu cəza səbəbindən Vlahoviç qarşıdakı “Sassuolo” və “Parma” ilə oyunlarda “Fiorentina”ya kömək edə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right