Mario Qomes karyerasını bitirdi

Almaniya millisinin və “Bavariya”nın sabiq futbolçusu Mario Qomes karyerasını bitirib.

Newsport.az xəbər verir ki, "Ştutqart"ın 34 yaşlı hücumçusu ötən peşəkar karyerasında sonuncu matçını keçirib.

2-ci Bundesliqada mövsümün son turunda "Darmştadt” ilə ev oyununa start heyətdə başlayan forvard, 82-ci dəqiqədə əvəzlənib. Komandasının 1:3 hesabı ilə məğlub olduğu oyunda meydan sahiblərinin yeganə qolunu da məhz Qomes vurub.

Qeyd edək ki, Qomes karyerası ərzində “Bavariya”, “Beşiktaş”, “Fiorentina”, “Volfsburq” kimi klublarda çıxış edib. 2007-2018-ci illərdə Almaniya millisində oynayan Qomes 78 matçda 31 qol vurub.

 
 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah