Kramariç "Borussiya" ilə matçda poker etdi

Almaniya Bundesliqasında mövsümün son - 34-cü turunun matçları keçirilib.

Newsport.az-ın məlumatına görə, "Hoffenhaym" səfərdə Dortmund "Borussiya"sı 4:0 hesabı ilə məğlub edib.

Matçda poker edən xorvat hücumçu Bundesliqada bir qarşılaşmada dörd qol vuran ilk "Hoffenhaym"lı oyunçu olub.

Bundesliqada mövsümü 82 xal toplayan "Bayern" çempion tamamlayıb. Dortmund "Borussiya"sı 69 xalla 2-ci, "Leyptsiq" 66 xalla 2-ci, Mönhenqladbax "Borussiya"sı 65 xalla 4-cü olublar. "Hoffenhaym" mövsümü 52 xalla 6-cı pillədə tamamlayıb.

 

"Borussiya" - "Hoffenhaym" - 0:4

Qollar: Andrey Kramariç, 8, 30, 48, 50 (pen.)

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right