Ansu Fatinin atasından "Mançester Yunayted" açıqlaması

"Barselona"nın futbolçusu Ansu Fatinin atası Bori Fati oğlunun "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, o, 17 yaşlı yarımmüdafiəçinin katalonlarda xoşbəxt olduğunu deyib:

"Fatinin "Barselona"da olmasına görə xoşbəxtik. Oğlum fürsətlərini yaxşı dəyərləndirməlidir, çünki hazırda dünyanın ən yaxşı futbolçusu Lionel Messi ilə birgə oynayır. "Mançester Yunayted"lə bağlı yayılan xəbərlər doğru deyil. Ansu burada xoşbəxtdir və arzularını reallaşdırmaq üçün çalışır. O, hər oyuna start heyətdə başlamaq məcburiyyətində deyil. Yanında Antuan Qrizmann və Luis Suares kimi təcrübəli futbolçular var. Fatinin qarşıda böyük zamanı var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right