Lempard: "Pulişiç Sterlinq, Mane və Salah kimi ola bilər"

"Çelsi"nin baş məşqçisi Frenk Lempard komandanın gənc ulduzu Kristian Pulişiç barədə danışıb.

Newsport.az-ın məlumatına görə, ingilis mütəxəssis amerikalı vingerin böyük futbolçu ola biləcəyini deyib:

"Məncə, Pulişiç böyük futbolçuya çevrilə bilər. Yaşına baxanda görürük ki, gənc olarkən Bundesliqada böyük fərq yaratmışdı. Ondan gözləntilərin çox olması təbiidir. Onda Rahim Sterlinq, Məhəmməd Salah və Sadio Manedə olan özəlliklər var. Belə bir futbolçumuz olduğu üçün sevinirəm".

21 yaşlı futbolçu bu mövsüm 25 oyunda 8 qol vurub, 6 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right