Fransada kubokun finalları keçiriləcək

Fransada ölkə və liqa kubokunun final matçları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, federasiyanın yaydığı məlumata əsasən, ölkə kubokunun finalı iyulun 24-də baş tutacaq. Həlledici matçda PSJ və "Sent-Etyen" qarşılaşacaq.

İyulun 31-i isə liqa kubokunun finalında PSJ "Lion"la qarşılaşacaq.

Fransada ölkə çempionatının 2019/20 mövsümü koronavirusa görə ləğv edilmişdi. Yeni futbol mövsümü avqustun 23-ü başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right