"Napoli" Cengiz üçün 30 milyon avro ödəməyə hazırdır

"Napoli" "Roma"nın yarımmüdafiəçsii Cengiz Ünderi transfer etmək istəyir.

Newsport.az-ın məlumatına görə, "canavarlar" 22 yaşlı futbolçu üçün 30 milyon avro təzminat ödəməyə hazırdır.

Tərəflərin transferin detallarını müzakirə etdiyi bildirilir. Əgər transfer baş tutsa, Cengizin keçmiş komandası "Başakşəhər" bu keçiddən 20 faiz pay götürəcək.

Türkiyə millisinin üzvünün İtaliya təmsilçisi ilə müqaviləsi 2023-cü il iyunun 30-u bitəcək. O, bu mövsüm 21 oyunda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right