Pyaniç tibbi baxış üçün Barselonaya gedir

“Yuventus”un futbolçusu Miralem Pyaniç “Barselona”ya keçməyə yaxındır.

Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bosniyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün sabah axşam Barselonaya getməyə hazırlaşır. Yaxın günlərdə onun klubla müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, bu mövsüm A seriyasında 23 oyunda meydana çıxıb, 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right