FIFA-dan AFFA-ya 1,5 milyon dollar

FIFA-nın koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinlikləri aradan qaldırmaq üçün milli federasiyalara edəcəyi maliyyə yardımının detalları məlum olub.

Qurumun rəsmi saytı vaxitəsilə yayılan onformasiyaya görə, yardım məqsədilə ümumilikdə 1.5 milyard dollar vəsait ayrılıb.

AFFA da daxil olmaqla quruma üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar ödənicək.

Beləliklə, AFFA FIFA-dan 1.5 milyon dollar yardım alacaq. Bir müddət əvvəl bu məbləğin 500 min dollar olduğu açıqlanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right