Dünya çempionu koronavirusa yoluxdu

Argentina millisinin sabiq baş məşqçisi Karlos Bilardo koronavirusa yoluxub.

Newsport.az-ın məlumatına görə, 82 yaşlı mütəxəssis bu xəstəliyə uzun müddətdir müalicə olunduğu qocalar evində yaxalanıb. O, hazırda təcrid edilib.

Qeyd edək ki, Bilardo 1983-cü ildən 90-cı ilə kimi milliyə başçılıq edib. Onun rəhbərliyi altında Argentina 1986-ci ildə dünya çempionu, 90-cı ildə isə dünya ikincisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right