Premyer Liqa klubu üç futbolçu ilə vidalaşır

İngiltərənin “Vest Hem” klubu üç futbolçusu ilə vidalaşır.
 
Newsport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə müqaviləsinin müddəti iyunun 30-na qədər olan argentinalı müdafiəçi Pablo Sabaleta, kolumbiyalı yarımmüdafiəçi Karlos Sançes və ingilis sağ cinah müdafiəçisi Jeremi Nqakia ilə yolların ayrılacağı diqqətə çatdırılıb.
 
Sabaleta ilə Sançesdən fərqli, Nqakia özü komandadan ayrılmaq istəyib. O, klubun maddi baxımdan daha yaxşı şərtləri olan yeni müqavilə təklifini qəbul etməyib.
 
“Vest Hem” Premyer Liqada 31 turdan sonra 27 xalla 17-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right