"Real"da Ramos bəlirsizliyi davam edir

“Real"ın komandanın kapitanı Serxio Ramosla tezliklə müqavilə yeniləməsi gözlənilir. Newsport.az “Marca”ya istinadən xəbər verir ki, hələlik tərəflər buna tələsmirlər.

Bildirilir ki, rəhbərlik və futbolçu arasında heç bir problem yoxdur. Ramosun klubda oynamağa davam etmək istədiyi və prezident Florentino Presin də onunla müqavilə uzatmaq niyyətində olduğu vurğulanıb.

Lakin anlaşmazlıq sözləşmənin müddəti ilə bağlıdır. Belə ki, Madrid klubu kapitanı ilə bir illik, ispaniyalı müdafiəçi isə daha uzun müddətli müqavilə tələb edir.

Qeyd edək ki, Ramosun hazırkı sözləşməsi 2021-ci ilin yayında başa çatır.   





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right