"Xəzər Lənkəran"da tanınan futbolçunun xanımı koronavirusa yoluxdu

"Xəzər Lənkəran", "Neftçi" və "Keşlə"nin sabiq futbolçusu Denis Silvanın həyat yoldaşı Luana Rinaldi koronavirusa yoluxub.

Newsport.az-ın məlumatına görə, bu barədə "report"a Rinaldinin özü məlumat verib.

Braziliyalı müdafiəçinin xanımı bildirib ki, bir müddət xəstəxanada qaldıqdan sonra evə buraxılıb: "Virusun ötən həftə taksi sürücüsündən keçdiyini düşünürəm. Çünki həmin vaxtdan özümdə yüksək hərarət hiss etməyə başladım və dərhal həkimə müraciət etdim. Hərarətlə yanaşı, nəfəs darlığı var idi".

Hazırda özünü normal hiss etdiyini söyləyən Rinaldi maraqlı iddia səsləndirib. O, 3 il öncə Bakıda pnevmoniya olduğu üçün bədənində koronavirusa qarşı immunitetin formalaşdığını söyləyib:

"Koronavirus hər zaman olub. Sadəcə indi mutasiyaya uğrayıb. Düşünürəm ki, Azərbaycanda pnevmoniya olmasaydım, indi xəstəliyi belə yüngül keçirməzdim".

Rinaldi həyat yoldaşı Denis Silvanın səhhətində hər hansı problem olmadığını deyib: "Biz fərqli şəhərlərdəyik. Mən şəxsi biznesimlə bağlı San-Pauluda qalmışam. Evimiz təmir olunduğu üçün ərim qızımla birlikdə valideynlərinin yanına yollanıb".

Ötən yay Azərbaycanı tərk edən Denis Silva 4 dəfə ölkə kubokunun qalibi olub. O, Braziliyaya qayıtdıqdan sonra ölkəsinin D Seriyasında çıxış edən “San Kaetano” ilə müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right