Premyer Liqa klubunun bütün futbolçuları və məşqçi heyəti karantinə alındı

“Lokomotiv”in futbolçu və məşqçi heyəti komandanın Moskva vilayətinin Bakovka mikrorayonunun ərazisində yerləşən bazasında karantinə alınıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu addım Rusiya Premyer Liqasında yoluxma hallarının artması ilə bağlıdır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dayandırmış Rusiya Premyer Liqası iyunun 19-da keçirilən qarşılaşmalarla bərpa edilib. “Lokomotiv” 44 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb. Turnir cədvəlinə 50 xalla “Zenit” başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right