Artur "Yuventus"a, Pyaniç "Barselona"ya klublar razılığa gəldi

"Yuventus" və "Barselona" transfer dəyişikliyində anlaşıblar.

Newsport.az-ın məlumatına görə, klublar futbolçuları - Artur Melo və Miralem Pyaniçin dəyişdirilməsində razılığa gəliblər.

"Artur" Turin təmsilçisində daha çox maaş alacaq - illik 5 milyon avro. Braziliyalı futbolçu katalonlardan ayrılmaq istəməsə də, rəhbərlik onu razılaşdırıb.

Arturun keçidi "qoca sinyora"ya 80 milyon, Pyaniçin transferinin "Barsa"ya 70 milyon avroya başa gəlib.

Payniç bu mövsüm 35 oyunda 3 qol vurub, 4 assist edib. 30 yaşlı bosniyalı yarımmüdafiəçi 2016-cı ildə "Roma"dan 35 milyon avro qarşılığında "Yuventus"a keçib.

Artur bu mövsüm 26 oyunda 4 qol vurub, 4 assist edib. 23 yaşlı braziliyalı yarımmüdafiəçi 2018-ci ildə 31 milyon avrroya "Qremio"dan Kataloniya təmsilçisinə üz tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right