"Beşiktaş" gürcü futbolçunu transfer edir

"Beşiktaş" Tbilisi "Dinamo"sunun futbolçusu Nika Ninuanın transferini bitirdiyi iddia edilib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi paytaxt klubu ilə müqaviləsi dekabrın 31-də bitəcək 21 yaşlı yarımmüdafiəçinin keçidi üçün 800 min avro təzminat ödəyəcək.

Gürcü oyunçu ilə 5 illik müqavilə imzalanacaq. Nikanın illik maaşı 300-350 min avro olacaq.

"Dinamo"nun yetirməsi ötən mövsüm 37 oyunda 8 qol vurub, 11 assist edib. O, ötən il Gürcüstanda ilin futbolçusu seçilib. Komandanın kapitanı bu mövsüm keçirdiyi 9 oyunda 2 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right