"Bavariya"ya "yox" dedi

Tiaqo Alkantara "Bavariya" ilə müqaviləsini yeniləməyib. Newsport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

29 yaşlı futbolçu klubun yeni sözləşmə təklifi ilə razılaşmayıb. Bununla yanaşı, ispaniyalı oyunçunun Münhen klubundan ayrılmaq istədiyi vurğulanıb. Onun “Liverpul”a keçmək istədiyi bildirilir.

Qeyd edək ki, Alkantara 2019/20 mövsümündə “Bavariya”da 35 matç keçirib və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right