"Real" ÇL-in cavab oyununun İngiltərədə keçirilməsini istəmir

"Real" Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" ilə cavab oyununun neytral stadionda keçirilməsini istəyir.

Newsport.az "The Athletic"ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin bu istəyinin səbəbi İngiltərədə koronavirusla bağlı vəziyyətdən narahat olmasıdır. Bundan başqa, İngiltərədə başqa ölkədən gələn insanların iki həftə ərzində karantində saxlamasının da "Real"ın işini çətinləşdirdiyi vurğulanıb.

"Kral klubu"nun bu vəziyyətdə görüşün keçirilməsi üçün ən uyğun yeri Lissabon hesab etdiyi bildirilib.

Qeyd edək ki, "Real" və "Mançester Siti" arasında Madriddə keçirilən ilk görüşdə İngiltərə klubu 2:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab oyunu avqustun 7-i keçirilməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right