Aquero əməliyyat olunacaq

"Mançester Siti"nin futbolçusu Serxio Aquero zədələnib.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, bu barədə onun atası Leonel del Kastilyo məlumat verib. O, argentinalı hücumçunun İngiltərə Premyer Liqasının 30-cu turunda "Bernli" ilə matçda (5:0) dizindən zədə aldığını bildirib. Kastilyo Aqueronun əməliyyat olunacağını vurğulayıb:

"Onun ötən həftədən dizindən problem yaranmışdı. Serxioda menisk zədəsi var.Tibbi müayinədən keçdikdən sonra onun durumu bəlli olacaq. Keçən dəfə olduğu kimi, Barselonada əməliyyat olunacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right