“Atalanta” "Çelsi"dən icarəyə götürdüyü Mario Paşaliçin transfer hüququna yiyələnib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, Berqamo təmsilçisi 25 yaşlı futbolçunun keçidi üçün londonlulara 17,5 milyon avro təzminat ödəyib. Xorvat yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Paşaliç 2018-ci ildən “Atalanta”da icarə əsasında oynayırdı. O, bu mövsüm 32 oyunda 7 qol vurub, 5 assist edib.