“Qalatasaray”da ciddi itkilər

Türkiyə Superliqasının 28-ci turunda “Qaziantep”lə üz-üzə gələn “Qalatasaray” bir neçə futbolçusunun xidmətindən məhrum olub.
 
Newsport.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubunun hücumçusu Radamel Falkao zədə alıb. 75-ci dəqiqədə məcburi əvəzlənən kolumbiyalı forvardın durumu qarşıdakı günlərdə ətraflı müayinədən sonra bəlli olacaq.
 
"Sarı-qırmızılar" oyunda sarı vərəqə alan Mariano, həmçinin 55-ci dəqiqədə meydandan qovulan Ahmet Çalıkın da xidmətindən məhrum olub. Falkaodan fərqli olaraq, bu iki futbolçunun növbəti turda “Başakşəhər”ə qarşı oynamayacağı dəqiqdir.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right