"Barselona"dan "Yuventus"a keçsə, daha çox maaş alacaq

"Barselona"nın futbolçusu Artur karyerasını "Yuventus"da davam etdirə bilər.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi 23 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edib. O, bu təklifi qəbul edəcəyi təqdirdə, "Yuventus"da ilinə 5,2 milyon avro qazanacaq. Bu isə braziliyalı oyunçunun "Barselona"dakı illik maaşından 2 milyon avro çoxdur.

Qeyd edək ki, Artur bu mövsüm 26 matçda 4 qol vurub, eyni sayda qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right