"Atletiko”ya 3-cü pilləyə yüksəlmək üçün 1 qol bəs etdi

İspaniya La Liqasının 30-cu turunun matçında Madrid "Atletiko"su "Valyadolid"i qəbul edib.

Newsport.az-ın məlumatına görə, görüş Madridin "Vanda Metropolitano" stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolun müəllifi "Atletiko"nun yarımmüdafiəçisi Vitolo olub. 30 yaşlı futbolçu 81-ci dəqiqədə dəqiq zərbə ilə topu qonaqların qapısından keçirib.

Hazlrda "Atletiko" yarış cədvəlində üçüncü yeri tutur. Madrid komandasının aktivində 52 xal var. "Valyadolid" 33 xalla 15-ci yerlə kifayətlənməli olub.

"Atletiko" – "Valyadolid" 1:0

Qol: Vitolo, 81.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right