Messi Karlosun üzərinə şığıdı

La Liqanın 30-cu turunun dünən keçirilən “Sevilya” – “Barselona” matçında (0:0) qalmaqal yaşanıb.

Newsport.az xəbər verir ki, hadisə birinci hissənin sonlarında meydan sahiblərinin futbolçusu Dieqo Karlosun Luis Suaresə qarşı kobud oyunundan sonra baş verib. Uruqvaylı futbolçu yıxıldıqdan sonra kataloniyalıları kapitanı Lionel Messi əsəbi halda, nəsə deyərək Karlosun üzərinə gedib və onu itələyib. Bu zaman sonuncu yerə yıxılıb. Bundan sonra bəzi futbolçular arasında kiçik qarşıdurma yaranıb.

Nəticədə hakim Serxio Buskets və Fernandoya sarı vərəqə göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right