Klublarımızın avrokuboklarda rəqibi bu tarixdə bəlli olacaq

Çempionlar Liqası və Avroliqada 2020/21 mövsümünün təsnifat və qrup mərhələsinin püşkatma vaxtları müəyyənləşib. Newsport.az xəbər verir ki, avqustun 9-da Çempionlar Liqası I seçmə mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi müəyyənləşəcək.
 
Ertəsi gün isə Avroliqa I seçmə mərhələnin püşkatma mərasimi təşkil olunacaq. Bununla da “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın rəqibləri bəlli olacaq.
 
Çempionlar Liqasının püşkatmaları:
 
I seçmə mərhələ - 9 avqust
II seçmə mərhələ - 10 avqust
III seçmə mərhələ - 31 avqust
Pley-off mərhələsi - 1 sentyabr
Qup mərhələsi - 1 oktyabr
 
Avroliqanın püşkatmaları:
 
I seçmə mərhələ - 10 avqust
II seçmə mərhələ - 31 avqust
III seçmə mərhələ - 1 sentyabr
Play-off mərhələsi - 18 sentyabr
Qrup mərhələsi - 2 oktyabr




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right