“Fiorentina”da futbolçuların maaşları azaldıldı

İtaliyanın “Fiorentina” klubu futbolçularının məvacibini azaltmağa qərar verib.
 
Newsport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar futbolçulara maaşlarında endirim edilməsi təklif olunub. Bütün oyunçular klubun bu istəyini müsbət qarşılayıb. Artıq hər bir futbolçu ilə yeni müqavilələr imzalanıb. Lakin futbolçuların maaşlarında nə qədər endirim edildiyi barədə məlumat verilməyib. Klub bütün heyət üzvlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, İtaliya A Seriyasında 2019/20 mövsümü iyunun 20-dən etibarən bərpa olunacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right