“Fənərbaxça”da qalmaqallı ayrılıq

Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Maks Kruze İstanbul təmsilçisindən ayırıb.
 
Newsport.az xəbər verir ki, bu barədə Super Liqa nəhənginin rəsmi saytı xəbər yayıb.
 
Almaniyalı hücumçu "sarı-lacivərdlilər"lə müqaviləsini birtərəfli şəkildə pozub. O, bunu klubun son aylardakı maaşları gecikdirməsi səbəbindən edib. Lakin “Fənərbaxça” yaydığı bəyanat vasitəsilə bildirib ki, koronavirus pandemiyası dövrünə qədər Maksa heç bir borcları yoxdu. Pandemiya dönəmindəki ödənişlərin gecikməsi ilə əlaqədar danışıqlar zamanı isə futbolçu klubun müraciətlərini cavabsız qoyub. Bu üzdən də haqsız olmadığını iddia edən İstanbul klubu bu məsələni hüquqi müstəvidə həll edəcəklərini, futbolçudan TFF və FİFA-ya şikayət olunacağını açıqlayıb.
 
Qeyd edək ki, Kruze 2019-cu ilin yayında Almaniya "Verder"indən "Fənərbaxça"ya keçib. 32 yaşlı forvardla 3 illik müqavilə imzalanmışdı. O, bu mövsüm meydana çıxdığı 20 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right