Super kubokun vaxtı və yeri rəsmən açıqlandı

UEFA Super Kuboku uğrunda oyunun yeri və tarixi rəsmiləşib.
 
Newsport.az xəbər verir ki, qarşılaşma sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Qarşıdakı 3 ildə oyuna ev sahibliyi edəcək şəhərlərin siyahısında dəyişiklik edilməyib. Super kubok matçı 2021-ci ildə Belfastda, 2022-ci ildə Helsinkidə, 2023-cü ildə isə Kazanda təşkil olunacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right