ÇL və Avroliqada yeni mövsümün təqvimi açıqlandı

UEFA 2020/21 mövsümündə avrokubokların təsnifat və qrup mərhələlərinin oyunlarının təqvimini açıqlayıb.
 
Newsport.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
 
Yeni mövsümdə Çempionlar Liqasında ilkin mərhələyə avqustun 8-də start veriləcək. Avroliqanın oyunları isə avqustun 20-də başlayacaq.
 
Çempionlar Liqasında 1, 2, 3-cü təsnifat mərhələləri, Avropa Liqasında isə 1, 2, 3-cü təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq. Meydan sahibi komanda püşkə əsasən müəyyənləşəcək.
 
Çempionlar Liqasının təqvimi
 
İlkin mərhələ: 8 avqust və 11 avqust
1-ci təsnifat mərhələsi: 18/19 avqust
2-ci təsnifat mərhələsi: 25/26 avqust
3-cü təsnifat mərhələsi: 15/16 sentyabr
Pley-off mərhələsi: 22/23 sentyabr və 29/30 sentyabr
Qrup mərhələsi: 20/21 oktyabr, 27/28 oktyabr, 3/4 noyabr, 24-25 noyabr, 1-2 dekabr, 8-9 dekabr
 
Avropa Liqasının təqvimi
 
İlkin mərhələ: 20 avqust
1-ci təsnifat mərhələsi: 27 avqust
2-ci təsnifat mərhələsi: 17 sentyabr
3-cü təsnifat mərhələsi: 24 sentyabr
Pley-off mərhələsi: 1 oktyabr
Qrup mərhələsi: 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr, 10 dekabr
 
Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi müvafiq olaraq oktyabrın 1-də və 2-də Afinada keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right