empionlar Liqası Portuqaliyada davam edəcək RƏSMİ

Çempionlar Liqası “səkkizlər finalı” formatında keçirləcək. Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Gorgio Marketti məlumat verib.

O bildirib ki, ÇL-nin dörddəbir və yarımfinal matçları 12-23 avqust tarixində Portuqaliyada keçiriləcək. Final qarşılaşması isə Lissabon şəhərində baş tutacaq.

UEFA rəsmisi 1/8 final mərhələsinin cavab qarşılaşmalarının 7-8 avqusta oynanacağına qərar verildiyini açıqlayıb. Lakin o, bu görüşlərin Portuqaliyada, yoxsa həmin komandaların stadionlarında oynanılıb-oynanılmamasının dəqiqləşmədiyini sözlərinə əlavə edib.

Əgər 1/8 final görüşləri də Portuqaliyada keçirilsə, o zaman bu ölkənin Qimaraynş şəhərinin də siyahıya əlavə ediləcəyini vurğulayıb.

Qeyd edək ki, UEFA 2020-21 mövsümünün Çempionlar Liqası finalını İstanbulda keçirilməsinə qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right