İngilis klublarında daha 8 nəfərdə koronavirus tapıldı

İngiltərə Futbol Liqası (EFL) növbəti koronavirus testlərinin nəticələrini açıqlayıb.

Newsport.az EFL-in rəsmi saytına istinadən xəbər verir ki, Çempionşipdəki 24 klubun 2 213 nümayəndəsindən analiz götürülüb. Onlardan 8-də nəticə müsbət olub. Yoluxanların futbolçu və ya klub işçisi olması haqda məlumat verilməyib. 

Qeyd edək ki, Çempionşipdə daha əvvəl - iyunun 11-də 6 nəfərdə koronavirus aşkarlandığı açıqlanıb.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right