Bundesliqada yeni komanda və ilk vida

Futbol üzrə Almaniya Bundesliqasında 2020/21 mövsümünün yeni iştirakçılarından birinin adına aydınlıq gəlib.
 
Newsport.az xəbər verir ki, ikinci Bundesliqada mövsümün başa çatmasına iki tur qalmış çempionluğu təmin edən “Arminiya” (Byelefeld) növbəti mövsümdən elitada oynamaq hüququ qazanıb.
 
61 xalla zirvədə qərarlaşan bu komanda qalan oyunlarında məğlubiyyətlə üzləşsə belə, mövqeyini qoruyacaq. Bununla da “Arminiya” 11 illik fasilədən sonra yenidən əsas Bundesliqaya yüksəlib. Sözügedən komanda sonuncu dəfə 2004-cü ildə Bundesliqaya çıxmış və 5 mövsümlük elita macərasından sonra yenidən 2-ci Bundesliqaya düşmüşdü.
 
Əsas Bundesliqada isə sona iki tur qalmış “Paderborn”un elitanı tərk etməsi dəqiqləşib. Sözügedən komanda 32-ci tur çərçivəsində səfərdə “Yunion”a minimal hesabla məğlub olmaqla mövsümü sonuncu pillədə bitirəcəyini rəsmiləşdirib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right