“Barselona”nın oyununda sükut və qara lent

İspaniyanın “Barselona” klubu La Liqanın növbəti turunda “Leqanes”lə keçirəcəyi oyunda koronavirus qurbanlarının xatirəsini anacaq.
 
Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Kamp Nou”da keçiriləcək oyun bir dəqiqəlik sükutla başlayacaq. Bundan başqa, futbolçular qollarına qara lent bağlayacaq.
 
Kataloniya klubu, azarkeşsiz keçirilən oyunda tərəfdarların dəstəyini hiss etmək üçün də müəyyən tədbirlər görəcək. Belə ki, klub, azarkeşlərin oxuduğu bəstələri stadionda səsləndirərək, həmin atmosferi yaratmağa çalışacaq. Bundan başqa, tribunalarda müəyyən dəstək afişaları da yer alacaq.
 
Bu, “Barselona”nın koronavirus səbəbiylə yaranan fasilədən sonra “Kamp Nou”da keçirəcəyi ilk oyun olacaq. Qarşılaşma bu gecə, saat 00:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right