Ronaldo yenidən Premyer Liqaya qayıdır?

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo yenidən İngiltərədə çıxış edə bilər.
 
Newsport.az xəbər verir ki, belə iddia ilə “Don Balon” nəşri çıxış edib.
 
Məlumata görə, “Çelsi” portuqaliyalı futbolçunun xidmətində maraqlıdır. London klubu Ronaldo üçün “qoca sinyora”ya 120 milyon avro təklif etməyə hazırdır. Klubun sahibi Roman Abramoviçlə Ronaldonun meneceri Jorje Mendeş arasında yaxşı əlaqələrin olduğu və bunun transfer danışıqlarında böyük rol oynayacağı bildirilir.
 
Ronaldo daha əvvəl İngiltərədə 2003-2009-cu illərdə “Mançester Yunayted”in şərəfini qoruyub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right