Almaniyalı baş məşqçi azərbaycanlı futbolçunu bağışlamağa tələsmir

Rusiyanın "Spartak" klubunun baş məşqçisi Domeniko Tedesko bir müddət öncə əvəzedici heyətə göndərdiyi azərbaycanlı futbolçu Ayaz Quliyevi hələlik əsas komandaya qaytarmağı düşünmür.

Newsport.az-ın məlumatına görə, bu barədə almaniyalı mütəxəssis yerli "Sport24" nəşrinə geniş müsahibəsində deyib.

O bildirib ki, bu məsələ gündəmdə deyil: "Ayazla problemimiz oldu. Hazırda o, əsas komandada deyil. Amma klub daxilində baş verənlər içəridə qalmalıdır. Bunu ictimaiyyətə açıqlamırıq. Futbolçunun indi qayıtmasını planlaşdırmırıq. Lakin hər şey mümkündür. Qapılar hər zaman açıqdır. Bu, bizim üçün problem deyil".

Qeyd edək ki, Ayaz Quliyev məşq vaxtı fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə münaqişəyə girdiyi üçün "Spartak"ın əvəzedici komandasına göndərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right