Poçettino: “Bu, milyon dollarlıq sualdır”

Son olaraq İngiltərənin “Tottenhem” klubunu çalışdıran Maurisio Poçettino gələcəyiylə bağlı açıqlama verib.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, hələ dəqiq bir qərarının olmadığını deyib:

“Gələn mövsüm hansı komandanı çalışdıracam? Bu, bir milyon dollarlıq sualdır. Mən də köməkçilərimdən soruşuram ki, nə vaxt qayıdacağıq? Hansı komandaya gedəcəyik?

16-17 yaşım var idi, Jorje Qriffa mənə dedi: “Maurisio, futbol səni hara aparmaq istəsə, ora da aparacaq, sənin istəyinlə olmayacaq. Sən futbolun verəcəyi qərara hazırlıqlı olmağa çalış”. Ən vacib şey hazır olmaq və futbolun məni yönləndirməsini gözləməkdir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right