UEFA-nın Avropa Liqası qərarı

UEFA Avropa Liqası ilə bağlı qərarını verib.

Newsport.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, turnirin qalan oyunları Çempionlar Liqası kimi "səkkizlər finalı formatında keçiriləcək. Matçlar avqustun 10-dan 21-dək Almaniyanın Duysburq, Qelzenkirxen, Düsseldorf və Köln şəhərlərində keçiriləcək. Kölndə eyni zamanda final görüşü oynanılacaq. Burada həmçinin 1/8 final mərhələsinin  "İnter" - "Xetafe", "Roma" - "Sevilya" ilk görüşləri keçiriləcək.  Bu cütlüklər öz aralarında yalnız bir oyun keçirəcək, çünki onların ikinci görüş oyanamaqlarına vaxt olmayacaq.

1/8 finalın ilk qarşılaşmalarını oynamış digər cütlüklərə gəlincə,  onlar əvvəlcədən nəzərdə tutulmuş yerlərdə azarkeşlərsiz cavab matçlarına çıxacaqlar. 1/8 finalın cavab görüşləri çərçivəsində "Kopenhagen" – "Başakşəhər", "Vulverhempton" – "Olimpiakos", "Bayer" – "Reyncers", "Volfsburq" – "Şaxtyor", "Bazel" – "Ayntraxt" və "Mançester Yunayted" – LASK üz-üzə gələcəklər.

Avroliqa ilə bağlı qərarların UEFA İcraiyyə Komitəsinin iyunun 17-i keçiriləcək iclasında təsdiqlənəcəyi vurğulanıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right